Bakıda üzərində tapança ilə narkotik maddə satan şəxslər saxlanılıblar - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə məlumat daxil olub. İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və içərisində 1 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.
İdarə əməkdaşları tərəfindən həyata keçrilən digər əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Nəticədə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanov saxlanılıb. Onlardan ümumilikdə 12 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Saxlanılanların şəxsiyyətləri və kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. R. Quliyev, M.Zərbalıyev, T. Quliyev və R.Şabanovun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Orxan
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI














