Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti açıqlanıb - FAKTİKİ HAVA

"Səhər saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın faktiki temperaturu 34-36 dərəcə təşkil edib".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında zəif dəyişkən istiqamətli külək əsir.
Direktor qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq: "Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gündüz 39-41 dərəcə isti olacağı gözlənilir".
Rayonlarda müşahidə olunan hava şəraitinə gəlincə, nazirlik rəsmisi bildirib ki, gün ərzində rayonlarda hava şəraiti günəşli olacaq: "Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gündüz 39-44, dağlarda gündüz 28-33 dərəcə isti olacağı gözlənilir".
G.Məmmədova bildirib ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












