Bakıda və Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

Polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə, onun dekabrın 3-nə keçən gecə şəhər ərazisində “Mercedes” markalı 8 avtomobildən oğurluq etdiyi də müəyyən edilib. Araşdırmalar aparılır.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












