Bakıda yaşıllıq sahəsi avtomobil dayanacağına çevrildi

Bakının Nərimanov rayonunda, Azadlıq prospekti 114 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətə başlayacağı deyilən obyekt ətrafında sakinlərlə sahibkar arasında narazılıq yaranıb.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, binada yaşayanların sözlərinə görə, obyektin ön hissəsində əlavə qurğuların yerləşdirilməsi və tikinti işlərinin aparılması onların gündəlik rahatlığına mane olur. Sakinlər xüsusilə avtomobillərin saxlanılması ilə bağlı problemlərin yarandığını bildirirlər. Şikayətçilərdən biri olan Tofiq Qurbanov qeyd edib ki, əraziyə dəmir konstruksiya quraşdırılıb, lakin sakinlərin etirazından sonra həmin hissə sökülüb.
O, həmçinin bildirib ki, sakinlərə maşınlarını park etməyə icazə verilmədiyi halda, obyekt əməkdaşları nəqliyyat vasitələrini yaşıllıq sahəsində saxlayırlar.
Məsələ ilə bağlı obyekt nümayəndələri isə iddialarla razılaşmayıblar. Onların sözlərinə görə, söhbət binanın həyətindən deyil, yol kənarında yerləşən və obyektə aid olan hissədən gedir. Bildirilib ki, burada yalnız kiçik kofe məkanı fəaliyyət göstərəcək və ərazidə restoran və ya gecə klubu açılması planlaşdırılmır.
Həmçinin qeyd edilib ki, yay mövsümündə açıq havada xidmət göstərilməsi üçün bir neçə masa yerləşdirilməsi nəzərdə tutulur və bu, qanunvericiliyə uyğundur. Onların iddiasına görə, ərazi əvvəllər baxımsız və çirkli vəziyyətdə olub, sonradan təmizlənərək abadlaşdırılıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












