Bakıda yaşlı qadına qarşı inanılmaz fırıldaqlıq - VİDEO

Bakıda yaşadığı binanın qarşısında kənd məhsulu satan yaşlı qadına qarşı fırıldaqlıq edilib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində 60 yaşlı Müşgünaz Cəfərovanın başına gəlib.
Qadının sözlərinə görə, bir neçə ildir kənddən ona gələn ağartı məhsullarının həyətdə satışı ilə məşğul olur. Ötən gün ona müştəri kimi yaxınlaşan qadın inanılmaz bir dələduzluq edib.
Həmin naməlum qadınla Müşgünaz Cəfərovanın yaxınlıqda olan binaya getmək görüntüləri ərazidəki kameralara da düşüb.
Görüntülərdən aydın olur ki, qadın satıcının onunla evə qalxmasını istəmir. O, əli ilə Müşgünaz Cəfərovaya eyvanın altında durmağı göstərir.
Təhlükəsizlik kameralarına düşən görüntüdən aydın olur ki, təxminən 30-35 yaşlı qadın, satıcının binanın qarşısında olmamasına əmin olduqdan sonra blokdan çıxaraq əks istiqamətdə qaçır. Müşgünaz Cəfərova hadisədən 20 dəqiqə sonra başa düşür ki, o dələduzluğa məruz qalıb. Dərhal ərazi üzrə 19-cu polis bölməsinə məlumat verib.
19-cu polis şobesindən verilən məlumata görə, görüntülər əsasında həmin qadın axtarılır.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










