Bakıda yeni işıqforlar quraşdırılacaq - VİDEO

Paytaxtın bəzi yollarında piyada və avtomobillərin rahat hərəkətini təmin etmək məqəsədi ilə yol ayrıclarına yeni işıqforlar qoyulacaq. Avtosfer.az xəbər verir ki, bununla bağlı təklif Bakı Nəqliyyat Agentliyindən gəlib. Bu işıqforların yeni dərs ili başlayana qədər qoyulması nəzərdə tutulur. Bir ünvanda piyadalar sürətlə hərəkət edən avtomobillərin qarşısından həyatlarını təhlükəyə ataraq yolu keçirlər. Digər ünvanda isə avtomobillərin xaotik hərəkəti müşahidə edilir. Görüntülər paytaxt yollarındandır. Bakı Nəqliyyat Agentliyinin təklifinə əsasən, Nizami metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində işıqforların qoyulması planlaşdırılır. Ərazi Nizami metrostansiyasına yaxın olduğundan burada piyadaların sıx hərəkəti müşahidə edilir. Avtomobillərin xaotik hərəkətinin müşahidə edildiyi və pik saatlarda tıxacın yaşandığı digər ərazi isə Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrininkəsişmələridir ki, burada da növbəliliyin işıqforlarla tənzimlənməsi və piyada zolağının çəkilməsi nəzərdə tutulur. Qeyd edək ki, Agentlik tərəfindən paytaxtın digər yollarında da rahat hərəkətin təşkili üçün araşdırma aparılır. (xezerxeber)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












