Bakıda yerüstü metro tikiləcək - AÇIQLAMA

Paytaxtda tramvay xətləri də çəkilə bilər. Avtosfer.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Avtomobil klubunun şəhər nəqliyyatı üzrə mütəxəssisi Hüseyn Abdullayev açıqlama verib. Açıqlamasında o, tramvayın avtobusa nisbətən daha keyfiyyətli nəqliyyat növüolduğunu, ancaq müasir tramvay sisteminin tikintisi kifayət qədər baha başa gəldiyini deyib. “Müqayisə üçün qeyd edim ki, bir metro xəttinin tikintisi tramvay xəttinin tikintisindən baha başa gəlir. Buna görə də mən tramvayların bərpa edilməsini dəstəkləyirəm. Bundan başqa, Bakıda müasir, sürətli nəqliyyat sisteminin tikintisi hər cür şərait var”, - H.Abdullayev bildirib. Ekspert elektrik qatarlarının bərpası məsələsinə də toxunub: “Bu ilin martında Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərətrafı dəmir yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Artıq elektrik qatarları üçün dəmiryolu xətlərində yenidənqurma işləri aparılır. Belə ki, Bakı dairəvi dəmir yolu xətti üzrə, eləcə də, Maştağa qəsəbəsi, Bağlar massivi, Zirə və Hövsan istiqamətlərində hərəkətlərin bərpası planlaşdırılır".
Xatırladaq ki, yayın sonunda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev demişdi ki, Bakının Baş planı çərçivəsində müvafiq dövlət strukturları ilə birlikdə tramvay xətlərini bərpası ilə bağlı müzakirələr aparılacaq. Faktiki olaraq ikinci olacaq, ancaq yerüstü metro şəhərin bütün nəqliyyat sistemi üçün olduqca əlverişlidir.
media.az
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












