Bakıda yoldan keçən şəxs quldurluğa məruz qalaraq bıçaqlanıb - VİDEO

Yasamal rayonunda gənc oğlan tanımadığı şəxs tərəfindən ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Şamaxinka kimi tanınan ərazidə baş verib.
Belə ki, 22 yaşlı Orucov Sadiq Namiq oğlu sözügedən ərazidən piyada keçərkən naməlum şəxs ona yaxınlaşaraq pul tələb edib. S.Orucov pulunun olmadığını bildirib. Naməlum şəxs ona əvvəlcə bıçaqla hədə-qorxu gəlib. Bu vaxt tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Orucov bıçaqlanıb. Hadisəni törədən şəxs isə ərazidən qaçaraq uzaqlaşıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Növbətçi cərrah "Report"un əməkdaşına müsahibəsində bildirib ki, S.Orucov döş qəfəsinin sağ tərəfindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya qəbul edilib. O cərrahi əməliyyat olunub. Müəyyən edilib ki, bıçaq daxilə 10 santimetr dərinliyində daxilə nüfuz edib. Qaraciyər və mədənin ön divarı zədələnib. Yaralı əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.
Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












