Bakıda zorlanmadan son anda qurtarılan qadın danışdı - VİDEO

Bakının Qala qəsəbəsində baş verən zorlama hadisəsinə görə sakinlər hadisəni törətməkdə şübhəli bilinən şəxs S.Quliyevin ailəsinə qarşı çıxıblar. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları qəsəbəyə gedərək zərərçəkmiş şəxs və hadisə şahidlərini dinləyiblər. 26 yaşlı Xatirə (ad şərtidir) sentyabrın 25-i axşam saatlarında işdən evə gələrkən qonşusu S.Quliyev arxadan ona yaxınlaşaraq sakit durmasını deyib və ondan xoşu gəldiyini bildirib. Daha sonra Xatirəylə cinsi əlaqədə olmaq istəyərkən qadının müqaviməti ilə rastlaşıb. İki uşaq atası olan şübhəli şəxs Xatirəni vuraraq yerə yıxıb. Daha sonra onu soyundurmağa başlayıb, bu zaman qonşu Ruslan səsi eşidərək küçəyə çıxıb və Xatirəni onun əlindən alıb. Nəticədə qızın sifətində bir neçə yerdən zərbənin izləri qalıb, 4 yaşlı qızı olan Xatirə polisə şikayət etsə də, S.Quliyev hələ də həbs olunmayıb. Məhz ailə və qəsəbə sakinləri də bundan narazıdır. Hətta sakinlər tələblərində daha da irəli gedərək həmin kişinin anası, atası və arvadının da bu yaşayış sahəsindən çıxıb getmələrini istəyirlər. Qarşı tərəfdən baş verənlərlə bağlı cavab almaq üçün şübhəlinin evinə də baş çəkdik. Onun anası əri ilə oğlunun evdə olmadığını deyərək aqressiv formada sakinlərin və bizim getməyimizi tələb etdi. Hazırda hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












