Bakıdakı avtobuslarda davalar - Nədən qaynaqlanır? - AÇIQLAMALAR

Bakıda fəaliyyət göstərən avtobusların əksəriyyətinə təhlükəsizlik kameraları yerləşdirildikdən sonra ictimai nəqliyyatda demək olar ki gündəlik qarşılaşdığımız neqativ hallar mediada da işıqlanmağa başladı. Avtobusda xanıma əl qaldıran kişilər, dayanacaqda saxlamadığı üçün avtobus sürücülərini döyən xanım sərnişinlər yayımlanan videolar vasitəsilə medianın “qəhrəman”ına çevrildilər. Baş verənlərdən örnək çıxaranlar da oldu, bunu qəhrəmanlıq hesab edib, sürücüləri təhdid edənlər də. Bunlar səhnə önündə yaşanan hadisələrdən sadəcə qısa fraqmentdir. Bəs sürücü-sərnişin münasibətini korlayan məqamlar nələrdir? Buna ictimai qurumlarımız cavab verəcəklər.
Bununla bağlı metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib ki, BNA sürücü sərnişin münasibətlərinin pozulmaması, sərnişinlərimizin maksimum dərəcədə ictimai nəqliyyatda etik davranış qaydalarına, eyni zamanda ümumi istifadədə olan nəqliyyat vasitələrində müəyyən edilən və hamı üçün əməl edilməsi vacib olan qaydalara əməl edilməsi üçün maarifləndirmə işlərinin aparılmasını zəruri hesab edir və bu istiqamətdə də davamlı işlər aparılır: “Sürücülər üçün Sürücü Təlim Mərkəzində təşkil edilən təlimlərdə bu məsələlərlə bağlı da onlara təlimatlar verilir. Sərnişinlərimiz arasında mütəmadi olaraq maarifləndirmə aksiyaları keçirilir. KİV-də o cümlədən TV-lərdə sosial şəbəkələrdə müxtəlif videoçarxlar, təbliğat materialları hazırlanaraq əhaliyə təqdim edilir. BNA olaraq əsasən kiçik yaşlı sərnişinlərimiz üçün nəzərdə tutulan kitabça hazırlanıb. Məktəblərdə və müxtəlif tədbirlərdə paylanılır”.
Bu linkə daxil olmaqla həmin kitabçayla tanış ola bilərsiniz: http://online.fliphtml5.com/ehbh/pbhs/#p=10
“BakuBus” MMC-nin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev isə qeyd edib ki, sərnişindaşıma fəaliyyəti zamanı baş verə biləcək mümkün fövqəladə hadisələr və ya xoşagəlməz hallarla bağlı sürücülərimiz əvvəlcədən təlimatlandırılıb və onlara baş vermiş hadisənin mahiyyətinə uyğun olarq hansı addımları atmalı olduqları çatdırılıb: “Ümumiyyətlə, istənilən halda avtobusun hərəkətində əvvəlcədən nəzərdə tutulmuş qrafikə uyğun olmayan hal müşahidə olunursa, izləmə mərkəzi dərhal sürücü kabinəsindəki monitora sorğu göndərir və ya hər hansı bir problemin olub olmaması ilə bağlı məlumat verməsi tələb olunur. Bildiyiniz kimi “BakuBus” MMC-də hərəkətdə olan bütün avtobuslar öz hərəkət traektoriyazı üzrə izləmə mərkəzindən izlənilir və eyni zamanda avtobusun salonundakı videokameraların onlayn şəkildə izlənməsi imkanı da mövcuddur. İstənilin insident və ya yol hərəkəti hadisəsi mərkəzdən idarə olunur və sürücülərimiz onlara verilmiş təlimat və göstərişə uyğun olaraq hərəkət edirlər.
Bununla yanaşı, artıq ənənəvi avtobus sürücüsü profilinin əksinə olaraq sürücülərimiz təkcə avtobusun texniki idarə olunmasına yox, eyni zamanda salona fasiləsiz nəzarətin həyata keçirilməsi, sərnişinlərin təhlükəsizliyi və ya rahatlığının təmin olunması, baş vermiş hər hansı hadisənin təlimata uyğun şəkildə yerində idarə olunmasına cavabdehlik daşıyırlar. Çünki bu, birbaşa sürücülərin vəzifə səlahiyyətlərinə daxildir. Burada baş verən hər hansı yol hərəkəti hadisəsi, yanğın, yaxud sərnişinlərin salondan evakuasiya olunması, ilkin tibbi yardımın göstərilməsi və ya digər hallarda sürücünün üzərinə düşən vəzifələrdən söhbət gedir”.
Sabah hava necə olacaq? - AÇIQLANDI
Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Yeni Koordinasiya Mərkəzi yaradılacaq
Rahatlıq və təhlükəsizlik prioritetdir - Paytaxt yolları yenilənir - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Vətən müharibəsinin müjdəçidi – Aprel döyüşləri - FOTOSESSİYA
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ










