Bakıdakı bu beşmərtəbələr söküləcək

Xanlar küçəsi demək olar ki, tamamilə pilot layihəyə düşüb. Avtosfer.az xəbər verir ki, bu sözləri “Qaynarinfo”ya açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.
O, hələlik beşmərtəbəli binaların sökülüb-sökülməyəcəyi ilə bağlı dəqiq məlumatının olmadığını, lakin həmin ərazidən yerli şirkətlərin sakinlərlə danışıqlar apardığını bildirib:
"Məktəb, bağça, oradan aşağıda keçmiş Psixiatriya Xəstəxanasının yeri plandadır. Hələlik beşmərtəbəli binalarla bağlı dəqiq bir söz deyə bilmərəm. Çünki məlumatım yoxdur. Onlarla əlaqədar yerli şirkətlər sakinlərlə danışıqlar aparır. Sakinlərin razılığı əldə olunsa, ola bilsin ki, həmin binalar da söküldü. Çünki Xanlar küçəsinin lap əvvəlində yerləşən üçmərtəbə və dördmərtəbə binaların hamısı tam şəkildə pilot layihəyə düşüblər və hər iki tərəfin razılığı əsasında məsələ həll olunub. Kimi kirayəyə köçüb, kimi də pulunu alıb çıxıb. Orada hazırda iş gedir. Üzü bu tərəfə isə dediyim kimi, danışıqlar gedir və danışıqların nəticəsindən sonra həmin binaların sökülüb-sökülməyəcəyi məlum olacaq. İşlər qaydasında getsə, oralar da söküləcək. Çünki Xanlar küçəsinin aşağısı, həmçinin Qurban Abbasov küçəsindəki tikililərdə iş gedir. Xanlar küçəsindən yuxarıda Əlibəyov küçəsində də sakinlərlə danışıqlar aparılır".
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










