Bakıdakı dəhşətli qəzaya sərt REAKSİYA:"Ciddi nəzarət sistemi yaradılmalıdır !"

"Bu yol-nəqliyyat hadisəsinin baş verməsi sürücünün məsuliyyətsizliyindən irəli gəlib. Hadisə şahidlərinin verdiyi ilkin məlumatlara görə, şlaqbaum bağlanarkən avtobus hərəkəti davam etdirib. Bu da bizim yol hərəkəti haqqında qanunun tələblərinə tam olaraq ziddir".
Bunu "Sherg.az"a 160 saylı marşrut avtobusunun qatarın yoluna çıxaraq dəhşətli qəza törətməsindən danışarkən "Avtosfer.az" saytının baş redaktoru, tanınmış nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, hətta şlaqbaum bağlanmağa başladıqda belə avtobus dayanmalıdır. Amma çox vaxt avtobus sürücüləri qaydalara əməl etmirlər:
"Sözügedən qəza ilə bağlı əldə etdiyim məlumata görə, bu marşrut avtobusunun sürücüləri həmin dəmiryol xəttini çox vaxt elə bu cür keçirmişlər. Yəni yaxınlaşan qatarı gözləmədən hərəkəti davam etdirirmişlər. Bir neçə dəfə belə ediblər, bu dəfə isə sürücü hadisədən yayına bilməyib və ağır qəza baş verib. Təəssüfləndirici haldır ki, avtobusdakıların əksəriyyəti azyaşlılar və ya məktəblilər olub. Görün, sürücü nə qədər məsuliyyətsizdir ki, bunun fərqində deyil. Qatarla zarafat etmək olmaz. Xüsusən də, yanacaq daşıyan qatarlar daha təhlükəlidirlər. Xoşbəxtlikdən partlayış baş verməyib. Bu mənada düşünürəm ki, sərnişin avtobusları üçün ciddi nəzarət mexanizmi qaçılmazdır. Bu, mütləq həyata keçirilməlidir".
Ekspert onu da diqqətə çatdırıb ki, Bakının mərkəzində müşahidə kameraları və yol polisi çoxdur deyə məsələləri bir az qaydaya salıblar. Amma Bakı ətrafı qəsəbələr, rayon və kəndlərə nəzər salsaq, vəziyyət heç də ürəkaçan deyil:
"İctimai nəqliyyat sferası çox bərbad gündədir. Çox uzağa getməyək, elə Bakı ətrafı qəsəbələrdə sürücülük vəsiqəsi olan -olmayan sürücü kimi fəaliyyət göstərir. Avtobus istifadəyə yararlıdır və ya yararsızdır bilinmir, kimin əlinə nə gəldi daşıma xidməti göstərir . Çox ciddi nəzarət mexanizmi hazırlanmalıdır. Düşünürəm ki, Bakıya gətirilən yeni avtobusların bir qismi də qəsəbələrə yönləndiriləcək.
Bu yönləndirmə nəticəsində orada da qayda-qanunu bərpa etmək, sərnişinlərə effektiv xidmət göstərmək mümkün olacaq. İndiki məqam üçün avtobus nə qədər müasir olsa da, onu idarə edən şəxsin təfəkkürü müasir deyilsə, heç bir irəliləyiş əldə olunmayacaq. Ən azı "Baku Bus" sistemi qədər ciddi nəzarət sistemi qurulmalıdır".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti Bakının Xəzər rayonu Binə qəsəbəsində baş vermiş qəza nəticəsinə yaralananlarla bağlı yeni statistika açıqlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Sherg.az"a açıqlamasında qeyd edib ki, 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb. Onların arasında beş azyaşlı uşaq da var. Hadisə nətiəcəsində 1 nəfər 13 yaşlı məktəbli oğlan dünyasını dəyişib.
Ayyət Əhməd
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












