Bakıdakı mərkəzi hotellərdə boş yer yoxdur

Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub. Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, hotellərdə yerlər aprelin 26-dan 30-dək olan müddət üçün bronlaşdırılıb: “Formula 1 yarışları Bakıda keçirildiyindən paytaxtdakı hotellərdə, xüsusilə mərkəzi hotellərdə yerlər dolub. Formula 1 yarışı dünyanın ən maraqlı, sevilən yarışlarından biri olduğundan müxtəlif ölkələrdən onun azarkeşi olan tuiristlər ölkəmizə gəlir”.
N.Bağırov qeyd edib ki, Formula 1 yarışları ilə əlaqədar Bakıda bir çox əyləncəli tədbirlər həyata keçiriləcək. Buna görə də yarışa gələn qonaqların Azərbaycanda olacaqları müddətdə vaxtlarını regionlarda deyil, daha çox Bakıda keçirəcəyi gözlənilir.
Qeyd edək ki, aprelin 27-29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










