Bakıdakı parkomatlar lazımsız əşyaya çevrilib - VIDEO

2014-cü ildə paytaxtın 60-dan çox küçə və prospektinə parkomatlar quruldu. Bu parkomatları bəzən lazımsız yerlərdə,parkomata ehtiyac olmayan yerlərdə də gördük. Hər halda, sevindik ki, parkinq problemidə öz həllini tapdı.
Tıxac probleminin həlli və bu sahədə pərkəndəliyi aradan qaldırmaq üçün Bakıda 500-dən çox parkomat quruldu. Bu ödəmə aparatların hər birinin alınmasına, gətirilməsinə və küçələrdə yerləşdirilməsinə dövlət büdcəsindən kifayət qədər pul və resurs xərcləndi. 3 il sonra isə parkomatlar əhəmiyyətsiz dirək kimi avtomobillərə tamaşa etməyə başladı.
Sonradan bəlli oldu ki, bəzi yerlərdə bu avadanlıqlar plansız şəkildə, tələsik və qurumlar arasında koordinasiya olmadan qurulub. Həm də o da üzə çıxdı ki, Bakı Şəhər İcra Hakimiyyəti bu sahədə tam nəzarəti həyata keçirə və mərkəzləşmiş sistemi formalaşdıra bilməyib. Mütəxəssislər deyirlər ki, parkomatların quruilmasında məqsəd ödənişi elektron qaydaya çevirmək idi. Bunu üçün bu aparatlar mərkəzi bazaya inteqrasiya olunmalı, bu bazaya isə Dövlət Yol Polisi nəzarət etməli idi. Amma bu sistem tam qurulmadan yeni çətinliklər ortaya çıxdı.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, prakinqdə elektron xidmət qurulması üçün o parkomatlar ləğv edilməlidir. “Ucuz alındığı, düzgün qurulmadığı üçün onlar yalnız çek çap edə bilir. Onlara hər hansı proqram yükləmək mümkün deyil. Elektronlaşmaya imkan verməyəcək. İndi onlar yalnız yararsız əşyadı."
E. Muradlı onu da qeyd edib ki, böyük əziyyət və xərclə ərsəyə gələn bu qurğulardan artıq əlimizi üzməliyik.
“Bu terminallarda boş bir şeydir. Onlar mərkəzi sitemə bağlı deyil. Bu belə olmamalıdır. Sürücüyə SMS gəlməli, xəbərdarlıq edilməli, daha sonra elektron qaydada protokol tərtib edilməlidir. Təəssüf ki, bu saydıqlarımızın heç biri yoxdur. Aparatlar ancaq çek çap edə bilir.”
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də qurum həmişəki kimi susmağa üstünlük verdi. Şəhərin gələcək parklama planı hazırlayan qurum – Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, yaxın vaxtlarda bu sahə ilə bağlı hazırlanan layihə açıqlanacaq. Yeni sistem bu sahədə yaşanan problemlərin aradan qaldırılmasına hesablanıb.
O.Ə.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












