Bakıdan bir saatlıq məsafədə yer yerindən oynadı, ciddi təhlükə yaşanır – FOTO + VİDEO

Şamaxı-Çuxuryurd-Dəmirçi avtomobil yolu yenidən sürüşməyə məruz qalıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, yolun sağ və sol yamaclarından başlayan torpaq axını və iri çatlar asfalt örtüyünə xeyli ziyan vurub, Əmirçi kəndinin girişində asfalt örtüyü iki yerə bölünərək yolda 45-50 santimetr enində iri yarğanlar əmələ gəlib.
Bir ay bundan öncə Şamaxı-çuxuryud-Dəmiriçi yolunun 3 hissəsində sürüşmə baş vermişdir. Artıq sürüşmənin əhatəsi böyüyüyərək 15-ə çatıb.
Şahmirzə Süleymanov - Sürücü: "Sürüşmə çox yerdədir. Hələ ki, sürüşür, dayanmır. Yağışlar kəsilib, inşallah, düzəldəcəklər".
Ərazidə hər gün yeni sürüşmələr və uçqunlar qeydə alınır. Yolun bəzi hissələrində asfalt örtüyü 15 metr uzunluqda 5 metr dərinlikdə çöküb. Artıq bir aydan çoxdur ki, Şamaxı-Çuxuryurd-Dəmirçi yolunda sürüşmənin baş verdiyi nöqtələrdə bərpa işləri aparılsa da havaların yağıntılı keçməsi səbəbəbindən ərazidə yeni sürüşmələr əmələ gəlib.
Mikayıl Şükürov - Sürücü: "Burdan iki kilometr yuxarıda Lahıc yolu tamamilə sürüşüb. 20 hektar əkin sahəsi belə tamamilə sürüşüm gedib".
Cəlal Cəbiyev - Sürücü: "Dağ yamaclarıdır buralar. Axan sel suları çatladır asfaltı, sıradan çıxarır".
Ərazidə çalışan mütəxəssislərin sözlərinə görə, sürüşmənin baş vermə səbəbi yağan güclü leysan yağışlarıdır. Yağıntılar nəticəsində yolun dağ yamaclarına yığılan sel suları ərazidə gölməçələr əmələ gətirir, elə bu səbəbdən də yamcalardan başlayan iri çatlar böyüyür, yola doğru hərəkət edərək asfalt örtüyünün dağılmasına səbəb olur.
Aydın Həsənov - Dəmirçi yolunun sahə rəisi: "Əlbəttə ki, aradan qaldıracağıq problemi. Bu təbii fəlakətdir. Burada bir ara daşqınlar oldu. Hal-hazırda drenaj kanallar çəkirik, axan sel sularını, yağıntını ötürürük asfaltın kənarına".
Artıq bu problemləri birdəfəlik aradan qaldırmaq üçün sürüşmənin baş verdiyi ərazilərdə mütəxəsislər tərəfindən işlər aparılır.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI














