Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar həyata keçirən “Türk Hava Yolları” şirkəti noyabrın 8-dən İstanbulun yeni hava limanından Bakıya və əks istiqamətə uçuşlara start verir. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a şirkətdən məlumat verilib. Hər gün həyata keçiriləcək aviareyslər üçün tətbiq ediləcək endirimli qiymətlərə əsasən, İstanbul-Bakı-İstanbul istiqamətində aviabiletlərin onlayn satış zamanı qiyməti 82 avrodan (təxminən, 164 AZN), Bakı-İstanbul-Bakı istiqamətində isə 109 avrodan (təxminə, 218 AZN) başlayır. İstanbuldan Bakıya uçuşlar hər gün saat 09:25-də (Bakıya çatma vaxtı – 13:15), əks istiqamətdə isə 14:10-da (İstanbula çatma vaxtı – 16:30) həyata keçiriləcək. Biletin qiymətinə 30 kq baqaj və 8 kq əl yükü də daxildir. Qeyd edək ki, İstanbul Yeni Hava Limanına yerinə yetiriləcək uçuşlar hazırda Atatürk və Sabiha Gökçen hava limanlarından Bakıya yerinə yetirilən uçuşlara əlavə olaraq həyata keçiriləcək və bu uçuşlar həmişəki qaydada davam edəcək. Eyni zamanda bu hava limanlarından yerinə yetirilən digər tranzit reyslərin (Avropa, Asiya, Amerika və s.) cədvəlində də hər hansı bir dəyişiklik yoxdur. Bildirək ki, endirimli qiymətlərlə biletlər yalnız 29 dekabr 2018-ci il tarixinədək əldə edilə bilər və səyahət sözügedən tarixədək həyata keçirilməlidir. Xatırladaq ki, 1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4 ulduzlu aviaşirkətdir.
Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama - FOTO+VİDEO
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO










