Bakıdan Masallıya qonaq gedən 23 yaşlı gənc on gündür itkin düşüb - FOTO

On gün əvvəl Bakıdan Masallı rayonuna gedən şəxs itkin düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, əslən Masallı rayonunun Səmidxanlı kəndindən olan, valideynləri ilə birlikdə Bakı şəhərinin Xətai rayonunda yaşayan 1995-ci il təvəllüdlü Əlibəyli İlkin Namiq oğlu 10 gün əvvəl evdən xəbərsiz çıxaraq Masallı rayonuna, bacısının qaldığı Alışqanlı kəndinə gedib. Orada bir gün qaldıqdan sonra xəbərsiz olaraq evi tərk edib və naməlum istiqamətdə gedib. Faktla bağlı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminə və Xətai Rayon Polis İdarəsinə müraciət olunub. Lakin hər hansı bir məlumat yoxdur. İtkin düşdüyü ehtimal edilən İ.Əlibəylinin boyu 175 sm, saçları qaradır. Bir gözündə çəplik var. Sol qolunda böyük ölçüdə qara xal var. Fiziki cəhətdən sağlam görünsə də, əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində cins şalvar, qara köynək və idman ayaqqabıları da olub. Onu görənlərdən və yaxud məlumatı olanlardan 050 470 29 70 və ya 055 660 38 70 nömrələrinə zəng vurmaları xahiş olunur.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA













