Bakıdan Nikosiyaya uçuşlara start verilir

“Türk Hava Yolları” aviaşirkəti İstanbulun yeni hava limanından Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiya şəhərinə birbaşa uçuşlara start verir və Bakıdan sözügedən istiqamətə (İstanbul üzərindən) endirimli qiymətlə bilet təklif edir. Avtosfer.az xəbər verir ki, aviaşirkətdən azərtac-a bildirilib ki, noyabrın 8-də açılacaq Bakı-İstanbul-Nikosiya istiqaməti üzrə aviabiletlərin onlayn satış zamanı qiyməti 129 avro (təxminən 258 AZN) təşkil edir. Bakıdan İstanbul üzərindən Nikosiyaya uçuşlar hər gün saat 14:10-da (çatma vaxtı – 18:05), əks istiqamətdə isə saat 05:35-də (çatma vaxtı – 13:15) həyata keçiriləcək. Sözügedən qiymətlərə 30 kiloqram baqaj və 8 kiloqram əl yükü daxildir. Qeyd edək ki, endirimli qiymətlə alınan biletlə səyahəti bu ilin dekabrın 29-dək etmək mümkündür.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












