Bakıdan Yevlaxa Ağsu aşırımından istifadə etmədən yeni yol çəkiləcək

Bakı-Şamaxı-Yevlax yolu sürüşmə zonasından kənarlaşdırılır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib. Qurum rəhbəri bildirib ki, ümumilikdə yol 1-ci və ikinci texniki dərəcəli yol kimi yenidən qurularaq istifadəyə verilib: "Bu yol artıq ikinci dərəcəli, iki hərəkət zolaqlı yol kimi yenidən qurulub sürücülərin istifadəsinə verilib. Bu yolda cəmi 39 kilometrlik yol qalıb ki, həmin ərazi də əsasən Ağsu aşırımı olmaqla sürüşmə zonasına düşür. Bura sürüşmə zonası olduğu üçün Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq ərazidə geoloji kəşfiyyat işləri aparılır. Məqsəd həmin sürüşmə zonasından yan keçməklə yolu birləşdirməkdir. Artıq həmin 39 kilometri çıxmaqla, Bakıdan Yevlaxa qədər olan yol tam yenidən qurularaq istifadəyə verilib. Yol Bakıdan Şamaxıya qədər 1-ci texniki dərəcəli, qalan hissəsi isə ikinci texniki dərəcəyə uyğun istifadəyə verilib".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












