“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil. Xüsusilə metronun “Azadlıq”, “28 may” stansiyalarının qarşısında, Bayıl və 20-ci sahə ərazisindəki terminallarda qəpiklə gediş haqqı ödəmək mümkünsüzdür.
Günün ən aktiv saatlarında, səhər və axşam, terminallara tələbatın böyük olduğu vaxtlarda sərnişinlər “BakıKart”ını doldurmaq üçün terminal axtarmaq məcburiyyətində qalırlar.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Bizim.Media-ya şikayət edən sərnişinlər bildirib ki, bu hal terminallardakı metal sikkələr vaxtlı-vaxtıda boşaldılmaması üzündən baş verir.
Məsələ ilə bağlı “Bakıkart”la əlaqə saxladıq. Qurumdan bildirildi ki, buna səbəb qəpik qutusunun vatlı-vaxtında boşaldılmaması deyil:
“Texniklər gündə bir neçə dəfə terminalara baxış keçirirlər. Qəpik qutuları mütəmadi olaraq boşaldırlar. Güman ki, orda hansısa texniki problemlər baş verir. Qəpik, yaxud əskinas qutusunda problem yarananda terminal pulu qəbul etmir, ilişmə yaranır. Çox zaman sərnişinlər qutuya əyri qəpik atırlar. Ona görə də belə problemlər ortaya çıxır. Amma aparat dolsun və onu texniklər vaxtında boşaltmasın, belə bir hal ola bilməz”.
Qeyd edək ki, “Bakıkart”dan sərnişinlərin bu şikayətləri nəzərə alınıb dərhal aradan qaldırılacağı bildirilsə də, metronun “28 May” stansiyasının qaşısındakı terminaldan qəpiklə ödəniş etmək hələ də mümkünsüzdür.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












