Bakını çirkləyən şəhər sakinləri: “İnsanlarımız inkişafdan geri qalırlar” – VİDEO

Günü-gündən gözəlləşən, müasirləşən və turistlərin axın etdiyi şəhərimizdə bəzən xoşagəlməz anlar yaşanır. Bunu edənlər isə elə paytaxtın öz sakinləridir. Sakinlərin bəziləri zibili eyvandan birbaşa yerə atırlar. Bu isə həm sənə, həm də sənə məxsus əmlaka çox ciddi ziyan vura bilər.
Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb. Sonuncu belə bir hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib. Avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Binanın eyvanından içi tullantılarla dolu sellofan torba avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsi sınaraq yararsız hala düşüb.
Sakin: "Gərək hərə özünə hörmət qoysun. Özünün yaxını da keçə bilər ordan".
Sakin: "Etika qaydalarından kənara çıxırlar. Kobud desək qanacaqsızlıqdır".
Aydınxan Əbilov - Kulturoloq: "Bu tipli hadisələrlə rastlaşırıq ki, 16-cı mərtəbədən məişət tullantılarını birbaşa ya insanların üstünə, ya da maşınların üstünə atırlar. Bəzən çay dəmləyirlər o dəmin qalıqlarını belə yuxarıdan aşağı atırlar. Bakı dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Amma insanlarımız, sanki, bu inkişafdan çox geri qalırlar".
Dünyanın bəzi ölkələrində şəhəri zibilliyən, zibili eyvandan atanları ictimai qınaq məqsədilə küçədə gəzdirirlər, adamlara göstərirlər. Avropa ölkələrində müxtəlif miqdarda cərimələr tətbiq edilir. Ekspertlər ölkəmizdə də belə metodlardan istifadəni zəruri sayır.
Aydınxan Əbilov - Kulturoloq: "Yalnız və yalnız cərimələri artırmaq, ictimai qınağı gücləndirmək lazımdır. Eyni zamanda, insanların özləri qonşuya, o zibilləri atan şəxslərə bir nəzarət edib, onlarla bağlı aidiyyəti dövlət qurumlarına şikayət etməlidir".
Belə hallarda dəyən ziyana görə sığorta məsələsi də gündəmə gəlir. Sığorta mütəxəssisləri insanlara əmlaklarını bazar dəyərində sığortalatdırmağı məsləhət görür. Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət edib, ona dəyən ziyanın ödənilməsini tələb edə bilər.
Bir sözlə, özümüzə bir az əziyyət verib, zibili eyvandan yox, zibil qutusuna ataq ki, artıq xərcə düşməyək. Bu, həm də, bizim mədəniyyətimizin göstəricisidir.
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ










