Bakını yenə su basacaq?

Bakını yenə su basacaq?"Azərsu" ASC-nin bütün kollektorları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETNS) hava şəraitinin kəskin dəyişəcəyilə bağlı xəbərdarlığına tam hazırdır. Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. A.Cəbrayıllı qeyd edib ki, kollektorlar, kanalizasiya nasos stansiyaları tam işlək vəziyyətdədir: "Bakı sukanal idarəsi, rayon sukanal idarələri gücləndirilmiş rejimdə çalışır". Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlıq edib. Proqnoza görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək. Xatırladaq ki, entyabrın 23-də ETSN tərəfindən anoloji xəbərdarlıq edilməsinə baxmayaraq, şəhərin leysan sularına təslim olması rəsmi qurumların buna hazırlıqlı olmadığını göstərdi. Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı yaydığı açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, "Azərsu" ASC-ni ittiham edib. Meriya subasmaları "Azərsu" ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ biliməməsini problemi yaradan səbəb kimi göstərib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












