Bakının 3 rayonunda qaz olmayacaq - Sabah

Bakının 3 rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Avtosfer.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 530 millimetrlik Əzizbəyov dairəsi Modul “30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 294 metrlik və 325 millimetrlik, “30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə əlaqədar avqustun 14-ü saat 10:00-dan təmir işləri tamamlananadək Bakının Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












