Bakının 3 rayonunda təhlükə - VIDEO

Bakının bəzi rayonlarında evlər subasma təhlükəsi ilə qarşı-qarşıyadır. Avtosfer.az-ın məlumatına görə, Sabunçu, Xəzər və Binəqədi rayonlarında subasma prosesinin dinamikasinda gərginlik müşahidə olunur.
Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik var.
Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində stabil gərginlik qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, payız aylarında yağıntıların başlaması ilə sözügedən ərazilərdə evlərin həyətləri su ilə dola bilər.
Ə. Qaralov onu da bildirib ki, subasma təhlükəsinin olması yeni salınan yaşayış sahələrində bəzi amillərin nəzərə alınmaması səbəbindən yaranır. Hazırda isə Bakıda bəzi yaşayış yerlərində sürüşmə prosesində də aktivlik müşahidə edilir. Bayıl yamacında isə mütəmadi olaraq müşahidələr aparılır.
Əziz Qaralovun sözlərinə görə, yağıntıların başlaması ilə digər rayonlarda da subasma və sürüşmə prosesinin aktivləşəcəyi istisna edilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












