Bakının Badamdar qəsəbəsində silah aşkar edilib - FOTO

Bun gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış sahəsində silah aşkar edilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd istifadəyə yararlı RPQ-7V1 silahı aşkar olunub, götürülərək Agentliyin müvəqqəti saxlama ərazisinə daşınıb. Silahın tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO















