Bakının "kabuslu" yaşayış binasında daha bir intihar şoku

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada daha bir intihar hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a ərazi sakinləri məlumat veriblər. Bildirilib ki, dünən saat 17.10 radələrində Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 8-ci mərtəbəsindən gənc qız özünü ataraq intihar edib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxs 2001–ci il təvəllüdlü İsgəndərova Aytac Anar qızıdır. Hadisə binanın 8-ci mərtəbəsində baş verib. Əldə etdiyimiz məlumata görə, A.İsgəndərəovanın psixoloji problemləri olub. İntihar faktı da hələlik bununla əlaqələndirilir. Aytac İsgəndərovanın Yasamal rayon sakini olduğu bildirlir. Hazırda faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, cari il iyul ayının 17-də də "Şərur" MTK-ya məxsus binada bənzər intihar hadisəsi baş vermişdi. Həmin vaxt 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












