Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA

Şəhər həyatının əsasını nəqliyyat vasitələri deyil, insanlar təşkil edir. Küçə və yol infrastrukturunun planlaşdırılmasında məqsəd avtomobillərin daha sürətli hərəkəti yox, insanların təhlükəsiz, rahat və əlçatan şəkildə hərəkət etməsini təmin etmək olmalıdır. Bu yanaşma müasir şəhərsalmanın əsas prinsiplərindən biri hesab olunur.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə bağlı istənilən planın mərkəzində məhz insan amilinin dayanmalı olduğunu vurğulayırlar. Çünki avtomobil, avtobus, metro və digər nəqliyyat vasitələri sadəcə məqsədə çatmaq üçün vasitədir. Əsas hədəf isə daha az məkanda daha çox insanın daşınmasını təmin etmək və şəhər daxilində hərəkəti hamı üçün əlçatan etməkdir.
Qeyd olunur ki, səmərəli nəqliyyat sistemi yalnız şəxsi avtomobildən istifadə edənlərə yox, eyni zamanda ictimai nəqliyyatla hərəkət edən milyonlarla vətəndaşa xidmət etməlidir. Məhz bu balans qorunduqda həm tıxacların azalması, həm də küçə məkanlarının daha təhlükəsiz və yaşanılan olması mümkündür.
Statistik göstəricilərə görə, hər gün bir neçə milyondan çox insan ictimai nəqliyyat vasitələrindən istifadə edir. Bu isə o deməkdir ki, küçələrin və yolların planlaşdırılmasında azsaylı avtomobil sahiblərinin deyil, çoxluğun – piyadaların, ictimai nəqliyyat sərnişinlərinin, velosipedçilərin ehtiyacları ön planda tutulmalıdır.
Mütəxəssislər hesab edirlər ki, sabahın küçələri bu gündən düşünülməlidir. Yeni layihələr müzakirə edilərkən piyada keçidləri, dayanacaqların yerləşməsi, ictimai nəqliyyat zolaqları və təhlükəsiz hərəkət imkanları əsas meyar kimi götürülməlidir. Əks halda, şəhər avtomobillər üçün əlverişli olsa da, insanlar üçün yaşanmaz məkanlara çevrilə bilər.
Vurğulanır ki, şəhər həqiqətən şəhər olur yalnız o zaman ki, insan orada rahat yeriyə, təhlükəsiz hərəkət edə və gündəlik həyatını nəqliyyat stressi olmadan qura bilir.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












