Bakının mərkəzində küçədə ölən gəncin kimliyi məlum olub - FOTO

Ötən gecə Bakının mərkəzində küçədə ölən şəxsin kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev “Report”a bildirib ki, ölən şəxs Sabirabad rayon sakini 30 yaşlı Elman Hüseynovdur. O deyib ki, paytaxtın 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verən ölüm hadisəsi ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınsına çağırış birinci dəfə saat 03.20 radələrində daxil olub. Baş həkimin sözlərinə görə, çağırışı mərhumun dostu edib. R.Nağıyev qeyd edib ki, saat 03.36 radələrində həkim briqadası artıq hadisə yerində olub: “Bizdə həm səs yazıları, həm də monitor izlənmə var. Hamısı qeydiyyatdadır. Polis maraqlanıb və 03.37-də təcili yardım orada olub. Biz ora çatanda artıq şəxs dünyasını dəyişmişdi. Ətrafdakılarının dediyinə görə, o, yaxınlıqdakı bardan çıxıb. Dostu çağırış versə də, hadisə yerindən qaçmışdı. Lakin sonra polis onu tapıb gətirib. Polisin sözlərinə görə, ölən şəxs narkotik istifadəçisi olub”.
Baş həkim bildirib ki, içkidən belə sürətli ölüm hadisəsi baş verə bilməz: “Elə olsaydı, həmin şəxsdə ağırlaşma və ya komaya düşmə halları ola bilərdi. Sürətli ölüm halı narkotik qəbulunda qeydə alınır. Meyit aidiyyəti üzrə təhvil verilib, hüquq-mühafizə orqanları məsələni araşdırır”.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












