Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB

Cari ilin 17-22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası (WUF13) "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ilə Bakıda keçiriləcək. Tədbir Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunur.
Forumda müzakirə olunacaq mövzulardan biri də şəhərsalma mobilliyi ilə bağlıdır.
Bəs, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar (WUF13) nəqliyyat xidmətlərində mobilliyin təmin edilməsi istiqamətində hansı işlər görülür?
Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirib ki, WUF13-də nəqliyyat üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "AZCON Holding" əsas tərəfdaşlar kimi çıxış edir:
"Bu proses WUF13 tədbirinin əməliyyat şirkəti ilə birgə, koordinasiyalı şəkildə həyata keçirilir və tədbirin nəqliyyat planı məhz bu əməkdaşlıq çərçivəsində hazırlanır. Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Metropoliteni, "BakuBus" və Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq əsasında tədbir müddətində vahid və inteqrasiya olunmuş nəqliyyat sisteminin formalaşdırılması nəzərdə tutulur.
Hazırda nəqliyyat planı son tamamlanma mərhələsindədir. Bütün marşrutlar, qrafiklər və logistik axınlar dəqiqləşdirilir. Xarici nümayəndə heyətləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanaraq mini avtobuslar vasitəsilə əsas nəqliyyat qovşaqlarına, oradan isə tədbirin keçiriləcəyi məkanlara rahat və koordinasiyalı şəkildə daşınacaqlar. Eyni zamanda, nümayəndə heyətlərinin Bakı Metropolitenindən və Azərbaycan Dəmir Yollarının xidmətlərindən istifadəsi də nəzərdə tutulur. Tədbir iştirakçılarının şəhər daxilində hərəkətinin maksimum dərəcədə rahat, təhlükəsiz və fasiləsiz təşkili təmin ediləcək".
"Dayanıqlılıq əsas prioritetlərdəndir. Məhz bu yanaşmaya uyğun olaraq tədbir çərçivəsində elektromobil taksilərdən, ekoloji cəhətdən təmiz avtobuslardan və Bakı şəhərində mövcud olan mikromobillik zolaqlarından istifadə nəzərdə tutulur. Mikromobillik həlləri qısa məsafələr üzrə çevik və rahat hərəkət imkanı yaratmaqla yanaşı, şəhər daxilində nəqliyyat yükünün azaldılmasına da töhfə verir. Bu yanaşma tədbir iştirakçıları üçün daha rahat, çevik və müasir hərəkət təcrübəsi formalaşdırır", - deyə rəsmi qurumdan bildirilib.
Nazirlikdən verilən məlumata görə, bütün bu tədbirlər Bakının yaşıl və dayanıqlı şəhər konsepsiyasına tam uyğundur:
"Məqsədimiz WUF13 iştirakçıları üçün rahat və müasir nəqliyyat təcrübəsi yaratmaqla yanaşı, uzunmüddətli perspektivdə şəhər nəqliyyatının dayanıqlı inkişafına töhfə verməkdir"./oxu.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












