Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO

Memar Elçin Əliyev Bakının simvollarından biri hesab olunan "Alov Qüllələri"ndə müşahidə etdiyi vəziyyətlə bağlı narazılığını ifadə edib.
Avtosfer.az xəbər verir ki, memar bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Elçin Əliyev bildirib ki, söhbət sadəcə bir lövhədən və ya kiçik texniki çatışmazlıqdan getmir. Onun sözlərinə görə, bu cür detallar paytaxtın memarlıq simasına və şəhər haqqında formalaşan təəssürata birbaşa təsir göstərir.
"Bu, sadəcə bir lövhə deyil. Bu, nüfuzlu binanın siması, eyni zamanda şəhərin vizit kartlarından biridir. “Alov Qüllələri”nin vəziyyətinə ümumiyyətlə kim cavabdehdir və niyə bunu heç kim görmür?" – deyə Elçin Əliyev paylaşımında qeyd edib.
Memar hesab edir ki, məsuliyyətsizlik məhz belə kiçik görünən detallardan başlayır. Vaxtında aradan qaldırılmayan xırda çatışmazlıqlar sonradan işə və şəhər mühitinə münasibətin göstəricisinə çevrilir.
Elçin Əliyev aidiyyəti qurumların paytaxtın simvolik tikililərinin vəziyyətinə daha həssas yanaşmasının vacibliyini vurğulayaraq, bu kimi məsələlərin diqqətdən kənarda qalmamasının əhəmiyyətini qeyd edib.
Eltac Zülfüqaroğlu

ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












