Bakının Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gecə Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, küçədə asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilir. Bununla əlaqədar olaraq, dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin "Əhmədli" metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq. Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq. Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yaranan müvəqqəti narahatlığa görə Agentlik vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Emin
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












