Bakının yeni Baş Planı hazırdır - VİDEO

Bakının yeni Baş planı hazırdır. Bu planda 2035-ci ilədək inkişaf nəzərə alınıb. Avtosfer.az xəbər verir ki, Bakının indidəyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə beynəlxalq ekspertlər də qoşulub.
Bakının yeni Baş planı hazırdır.
2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən "Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.
Bu barədə danışan komitənin aparat rəhbəri Anar Quliyev öncəki illərdən yarımçıq qalan məqamların yeni baş planda tamamlandığını bildirir.
Anar Quliyev hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Baş Plan" layihəsinin qiymətləndirilməsi və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının vacib olduğunu vurğulayıb. Baş planın mükəmməl olması üçün prosesə xeyli təcrübəli ekspert qrupları da cəlb olunub.
Onu da qeyd edək ki, "Böyük Bakının Regional İnkişaf Planı" və "Məxsusi Bakının ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb. Yeni Baş Plan - "Böyük Bakının Regional İnkişaf Planı" isə 2035-cu ilədək olan dövrü əhatə etməlidir. Bu sayca Bakının 5-ci baş planıdır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












