Bakı–Sumqayıt avtobusunu sərnişinlər bu günə saldı – VİDEO

Bakı–Sumqayıt marşrutu üzrə avtobus sürücüsünün sərnişin davranışları ilə bağlı şikayəti gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, sürücü sosial şəbəkələrdə paylaşdığı videoda sərnişinlər avtobusdan endikdən sonrakı vəziyyəti nümayiş etdirib. Görüntülərdə salonun müxtəlif növ məişət tullantıları ilə çirkləndiyi aydın şəkildə görünür.
Sürücünün sözlərinə görə, sərnişinlər avtobusdan düşərkən əllərində olan tullantıları dərman qutularını, kağızları, plastik butulkaları və digər zibilləri birbaşa yerə atırlar. O bildirib ki, avtobuslar hər gün mütəmadi olaraq təmizlənsə də demək olar ki, hər reysdən sonra eyni mənzərə ilə qarşılaşırlar.
Polisə dostunun vəsiqəsini göstərdi, yalanı üzə çıxdı: 1100 manat cərimələndi – VİDEO
Sürücü bu cür davranışların həm təmizlik işçilərinin işini çətinləşdirdiyini, həm də ictimai nəqliyyatdan istifadə mədəniyyətinə xələl gətirdiyini vurğulayıb. O, sərnişinləri daha məsuliyyətli olmağa, ictimai nəqliyyata şəxsi məkanları kimi yanaşmamağa və təmizlik qaydalarına riayət etməyə çağırıb.
Qeyd edək ki, son dövrlər ictimai nəqliyyatda sərnişin davranışları ilə bağlı şikayətlər artmaqdadır və mütəxəssislər bu məsələdə həm maarifləndirmənin, həm də qarşılıqlı hörmətin vacibliyini qeyd edirlər.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












