Bakıxanovda yolu çirkab suyu basdı: Qurum dərhal nəzarətə götürdü – VİDEO - FOTO

Paytaxtın bəzi rayonlarında əhalinin çoxluğu, eləcə də, son dövrlərdə artan iaşə müəssisələrinin çoxluğu səbəbindən kanalizasiyalarda problem yaşanmaqdadır.
Avtosfer.az xəbər verir ki, Bakının Sabunçu rayonunda da analoji hal yaranıb.
Belə ki, rayonun Bakıxanov qəsəbəsi Əhməd bəy Ağayev küçəsində hər həftə kanalizasiya lyuku daşaraq yola axır. Bu problem digər küçələrdə də yaranır. Çətinliyi aradan qaldırmaq üçün təmir işləri getsə də, uzun müddət çəkmir və yollar yenin eyni vəziyyətə düşür.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən saytımıza bildirildi ki, qeyd olunan ünvanda kanalizasiya tutulması baş verib.
“Sabunçu Rayon Sukanal İdarəsinin qəza briqadası səhər saatlarında əraziyə cəlb edilərək axıntının qarşısı alınıb və şəbəkənin fəaliyyəti bərpa edilib.
Onu da diqqətə çatdıraq ki, adətən kanalizasiya tutulmalarına səbəb sakinlərin xətlərə müxtəlif məişət tullantılarını atmaları olur. Bu istiqamətdə belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar”.
Fidan
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












