Bakıya 12 və 18 metrlik avtobuslar gətiriləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) 300 yeni avtobusun gətirilməsi üçün Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətilə danışıqlara başlayıb. Avtosfer.az xəbər verir ki, bu haqda BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a bildirib. O qeyd edib ki, avtobusların gətirilməsilə bağlı dəqiq tarix bəlli deyil: “Danışıq prosesindən asılı olaraq, avtobuslar ilin sonu növbəti ilin əvvəllərində Azərbaycanda olacaq. Hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir. Prezident İlham Əliyevin 8 avqust tarixli sərəncamında göstərildiyi kimi, indiki mərhələdə 300 ədəd müasir komfortlu avtobusların alınması nəzərdə tutulub. Hazırda şirkətlə avtobusların gətirilməsi və digər texniki məsələlərlə bağlı müzakirələr aparılır”.
M.Ağayevin sözlərinə görə, yeni avtobuslar alınıb gətirildikdən sonra sərnişinlərin daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq: "Yeni avtobusların uzunluğu 12 və 18 metrdir".
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












