Bakıya yeni gətirilmiş metro qatarının təqdimatı keçirilib

"Bakı Metropoliteni" QSC ölkəyə yeni gətirilmiş 5 vaqonlu sərnişin qatarının təqdimatını edib. Avtosfer.az-ın məlumatına görə, təqdimat mərasimində jurnalistlərə açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gələn ay daha bir qatar Azərbaycana gətiriləcək: "Bu ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək. Qatarın vaqonları arasında keçid mövcuddur. Həmçinin qatar son texnologiyalarla təmin edilib. Yeni qatarın sərnişin tutumu da digərlərinə nisbətən çoxdur". Bundan başqa, onun sözlərinə görə, metropoliten bənövşəyi xəttin B3 adlanan stansiyasında, eləcə də Dərnəgül elektrik deposunda tikinti işlərini sürətləndirib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












