Bakıya yoltəmizləyən maşınların gətirilməsi təklif olunur - Deputat

Bakıya yoltəmizləyən maşınların gətirilməsi təklif olunur. Milli Məclisin deputatı Aydın Mirzəzadə “Report”a açıqlamasında bildirib ki, Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi yollarda təmizlik işləri üçün canlı qüvvədən istifadə etmək olmaz. Bu işin çox təhlükəli olduğuna diqqət çəkən deputat qeyd edib ki, süpürgəçilər üçün xüsusi geyimlər verilsə belə, həmin yollarda yalnız texnika işləməlidir: “Avtomobillə həmin yollardan keçərkən kənarda təmizlik işləri aparan qadınları görəndə həyəcan hissi keçirirəm. Bir nəfərin itkisi belə bizim üçün çox ağırdır. Çünki o da kiminsə anası və həyat yoldaşıdır. Bu baxımdan yollarda ancaq texnikanın istifadə edilməsini məqbul hesab edirəm”.
A.Mirzəzadə əlavə edib ki, Milli Məclisdə cəmiyyətdə baş verən sosial problemlər qaldırılır: “Adıçəkilən məsələ də parlamentdə bir neçə dəfə səsləndirilib. Təbii ki, hər zaman bu problem gündəmdə qalmalıdır. Lakin, ilk növbədə, məsələnin həlli ilə məşğul olan təşkilatlar mövcud çıxış yolları axtarıb tapmalıdır. Bir sözlə, hərəkət edən maşınla süpürgəçinin təması mümkünsüz olmalıdır. Süpürgəçilər üçün verilən xüsusi jiletlər müəyyən bir çıxış yoludur. Lakin hərəkətdə olan avtomobillə yolda, yol qırağında olan insanın toqquşması ehtimalı çox yüksəkdir”.
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO










