“BakuBus” avtobusu niyə dayanacaqdan kənarda dayanır? – MMC cavab verdi

Sentyabrın 28-də “BakuBus” sürücüləri “İnşaatçılar” metrostansiyası ətrafındakı dayanacaqda dayanma-durma qaydalarını kobud şəkildə pozub və digər hərəkət iştirakçılarına maneə olublar. Bununla bağlı Avtosfer.az-da yayılan videoya “BakuBus” MMC reaksiya verib. Şirkətdən bildirilib ki, “BakuBus” MMC-yə məxsus avtobusları idarə edən sürücülər daim dayanma-durma qaydalarına ciddi şəkildə əməl edir. Lakin bəzən dayanacaqlarda digər nəqliyyat vasitələrinin, xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin dayanması səbəbindən sürücülər avtobusları təyin edilmiş yerlərdə saxlamaqda çətinlik çəkirlər.
“İnşaatçılar” metrostansiyasının qarşısında çəkilmiş görüntüdən də aydın şəkildə müşahidə edilir ki, digər nəqliyyat vasitələri saxlanıldığı üçün “BakuBus” MMC-yə məxsus avtobus dayanacağa daxil ola bilmir.
“BakuBus” MMC KİV nümayəndələrindən hadisələrə obyektiv yanaşmağı, birtərəfli məlumatlar yaymamağı, həmçinin, məlumatı dərc etməzdən əvvəl “BakuBus” MMC-yə müraciət olunmasını xahiş edir.
Emin
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












