“BakuBus” jurnalistləri sevindirdi – FOTO

“BakuBus” MMC-də jurnalistlərlə görüş keçirilib. 22 İyul-Milli Mətbuat Günü münasibətilə təşkil edilən görüşdə “BakuBus” MMC-nin direktor müavini Azər Qasımov, Daxili nəzarət şöbəsinin müdiri Camal Kərimov, Marşrut xətlərinin idarəetmə şöbəsinin müdiri Elşən Məlikov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev, əməkdaşlar və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azər Qasımov jurnalistləri 22 İyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Həmçinin, 1875-ci ildə görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın inkişafı və çiçəklənməsi üçün ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlər göstərdiyini bildirib. Bu istiqamətdə tədbirlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonra A.Qasımov “BakuBus” MMC-də həyata keçirilən işlər barədə məlumat verib. Direktor müavini bildirib ki, “BakuBus” MMC fəaliyyətə başladığı 2015-ci ildən indiyədək uğurlu nəticə əldə edib. Hazırda Bakı şəhərində 13 marşrut xətti üzrə “BakuBus” MMC-yə məxsus avtobusların hərəkət etdiyini diqqətə çatdıran A.Qasımov vurğulayıb ki, sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin olunması, ictimai nəqliyyatda keyfiyyətin daha da yüksəldilməsi üçün bütün imkanlardan istifadə edilir. Eyni zamanda, sərnişinlərin müraciət və təkliflərinə operativ reaksiya verilir və müvafiq tədbirlər görülür. Belə ki, təkcə 2018-ci ilin I rübündə sərnişinlərlə davranış qaydalarını pozduğuna və yol verdiyi digər nöqsanlara görə “BakuBus”MMC-də 85 nəfər sürücüyə intizam tənbehi verilib. Müxtəlif səbəblərlə əlaqədar 84 sürücü ilə bağlanan əmək müqaviləsinə xitam verilib. 2017-ci ildə isə bu göstəricilər müvafiq olaraq, 154 və 229 olub. Eyni zamanda, 2017-ci ildə 152, 2018-ci ilin I rübündə147 sürücü işə qəbul edilib. Eləcə də, sürücülər üçün mütəmadi olaraq təlimlər keçirilir ki, bu da işin keyfiyyətinin daha da yüksəlməsinə təsir göstərir. A.Qasımov həmçinin, ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac duyulduğunu və KİV-in bu sahədə rolunun böyük olduğunuvurğulayıb.
Tədbirdə A.Qasımov “BakuBus” MMC tərəfindən həyata keçirilən işlərə Bakı Nəqliyyat Agentliyi tərəfindən böyük dəstək verildiyini vurğulayıb. Direktor müavini bildirib ki, bu dəstək “BakuBus” MMC-də işin daha səmərəli təşkilinə və uğurlu nəticənin əldə edilməsinə kömək göstərir.
Görüşdə Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı “BakuBus” MMC-nin fəaliyyətini yüksək qiymətləndirib. E.Muradlı qeyd edib ki, “BakuBus” MMC-nin işi nümunəvidir və görülən işlər əhaliyə nəqliyyat sahəsində göstərilən xidmət səviyyəsinin daha da artacağını deməyə əsas verir.
Daha sonra tədbirdə müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda 22 İyul-Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.
Emin
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI


















