"BakuBus" niyə gecikir?

2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb. Avtosfer.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin durektor müavini Azər Qasımov deyib. Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: "Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik".
Azər Qasımov həmçinin "BakuBus" MMC istifadəsində olan marşrutlarda bəzi hallarda avtobusların gecikməsinə də aydınlıq gətirib: "Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Problem şəhərin bəzi küçələrindəki tıxaclardır. Tıxaclarda avtobuslar yubanır və nəticədə intervallarda gecikmələr baş verir. Bəzi hallarda isə avtobus dayanacaqlarında taksi sürücülərinin dayanması avtobusların dayanacaqlarda dayanmasına mane olur. Bu proses də sonda dayanacaqlararası intervallarda gecikməyə səbəb olur".
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












