“BakuBus”a məxsus avtobuslardan 6 ədəd pulqabı tapıldı - FOTO

Avqust ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd pulqabı, 5 ədəd çanta, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd kompüter avadanlığı və 1 dəst paltar sahibinə qaytarılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, həmçinin, sahiblərinə çatdırılması üçün 70 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 7 sənəd isə “Poçtap” xidmətinə təhvil verilib. Eyni zamanda, avqustda avtobuslarda tapılan Azər Xanbaba oğlu Həsənli və Hüsniyyə Mirbayram qızı İsmayılovaya məxsus şəxsiyyət vəsiqəsi, Fuad Gülağa oğlu Piriyev, Namiq Faiq oğlu Salmanov, Tariyel Allahverdi oğlu Ağayev və Mirələsgər Məmmədova məxsus iş kartı, Cəmilə Sarxaşovaya məxsus bank kartı, eləcə də İlqar Əmirxan oğlu Ələkbərov və Əjdər Nuriyevə məxsus müxtəlif sənədlərin surətləri hazırda “BakuBus” MMC-dədir. Həmçinin, içərisində Ulduz Qəhrəman qızı Verdixanovaya məxsus şəxsiyyət vəsiqəsi olan çanta və Tural Müşfiq oğlu Sadıqova məxsus şəxsiyyət vəsiqəsi olan pulqabı, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.
Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.
Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır.
Emin
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA













