"BakuBus"da biabırçılıq: Sərnişinlə sürücü söyüşdü – VİDEO

Ötən gün axşam saat 18:25-də “7A” nömrəli marşrut avtobusunda xoşagəlməz hadisə yaşanıb. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən dayanacaqda sürücü ilə sərnişin arasında dava düşüb. Nəticədə “BakuBus” MMC-yə məxsus 99 JH 239 dövlət qeydiyyat nişanlı marşrutun sürücüsü 20 dəqiqəyə yaxın avtobusu dayanacaqdan hərəkət etdirməyib. Hadisə zaman avtobusda olan əməkdaşımızın məlumatına görə, insidentə səbəb qadın sərnişinin nəqliyyat vasitəsinə arxa qapıdan minməsi olub. Belə ki, qadın sərnişin marşruta arxa qapıdan minsə də, içəri daxil olandan sonra ödəniş aparatına yaxınlaşıb və gediş haqqını ödəyib. Sürücü isə israrla həmin şəxsə avtobusdan düşüb, yenidən qabaq qapıdan daxil olmasa, marşrutu yerindən tərpətməyəcəyini deyib. Sərnişin həmin saatda eyni xətt üzrə xidmət edən 2 avtobusun qabaq qapını açmadığını əsas gətirərək, avtobusdan enməyəcəyini bildirib. Beləcə, onlar arasında dava düşüb və qadın sərnişin sürücünü ağır ifadələrlə təhqir edib. Digər sərnişinlər də davaya qoşulub. 20 dəqiqədən sonra bir neçə sərnişin avtobusu tərk edib. Səbəbkar qadın da avtobusdan düşəndən sonra sürücü nəqliyyat vasitəsini hərəkət etdirib.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










