"BakuBus"un yaydığı video ilə bağlı araşdırma başladı: “O avtomobillər tapılacaq”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "BakuBus" MMC-nin paytaxtda marşrut avtobusları üçün qəza şəraiti yaradan sürücülərlə əlaqədar yaydığı videokadrlarla bağlı araşdırmalara başlayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bölmə rəisi bildirib ki, "BakuBus" MMC-nin yaydığı həmin videokadrla bağlı dərhal rəhbərliyə məruzə edilib: "Sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan bütün foto və videokadrlarla əlaqədar araşdırmalar aparılır və tədbir görülür: "Həmçinin də bu video ilə bağlı rəhbərliyə müraciət olunub və rəhbərlik məsələnin araşdırılması barədə tapşırıq verib. Hətta, kadrlarda qəza şəraiti yaradan avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanı görsənməsə də, əməkdaşlarımız "Təhlükəsiz şəhər" kameraları ilə əraziləri müəyyən edir və həmin ərazidəki çəkilişlərə baxış keçirməklə avtomobili müəyyən edir".
V.Əsədov deyib ki, həmin kadrda qəza şəraiti yaradan avtomobillər araşdırılaraq tapılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












