Balakən-Bakı qatarında insident olub

Bu gecə Balakəndən Bakıya gələn sərnişin qatarında insident baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə qatarın keçdiyi Şəki stansiyasında qeydə alınıb. Dörd nəfər – Əzizağa, Gülnarə və Gülxanım Əzizovalar, eləcə də Rəfiqə Səfərli vaqon bələdçilərinə internetlə bilet aldıqlarını bildirərək qatara minmək istəyiblər. Lakin bələdçilər onlardan onlayn biletin kassadan alınmalı olan kağız variantını tələb ediblər. Tərəflər arasında mübahisə yaranıb. Bundan sonra vətəndaşlar internetlə ödənişin həyata keçirildiyini təsdiq edən tranzaksiya kodlarını bələdçilərə təqdim ediblər və qatarın bir qədər sonra keçəcəyi Yevlax stansiyası ilə əlaqə saxlanılıb. Biletlərin kassadan əldə olunacağı dəqiqləşdikdən sonra sərnişinlər qatara buraxılıblar. İnsident qatarın hərəkətində gecikməyə səbəb olmayıb. Xatırladaq ki, internetlə sifariş verilmiş bilet qatarın minik stansiyasından yola düşməsinə 1 saat qalmışa qədər şəxsiyyəti təsdiq edən sənəd (bilet sifarişində qeyd olunmuş) təqdim olunmaqla “Azərbaycan Dəmir Yolları” QSC-nin kassalarından əldə edilməlidir. Kassir təqdim olunmuş sənəddəki məlumatları yoxlayır və bileti çap edərək sərnişinə verir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












