Balakən sakini 2 kq-a yaxın marixuana ilə tutulub - FOTO

Balakən rayonunda keçmiş məhkumun yaşadığı evdən küllü miqdarda narkotik vasitə götürülüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Balakən rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat zamanı rayonun Mahmalar kənd sakini, 1998-ci il təvəllüdlü Zaur Şamil oğlu Mamedovun yaşadığı evdə onun qanunsuz olaraq saxladığı üç ədəd polietilen torbada ümumi çəkisi 1 kq 750 qram olan narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırma zamanı Z.Mamedovun həmin narkotik vasitəni rayonun Tülü kənd inzibati ərazisində, çöllük sahənin kənarında kultivasiya üsulu ilə əkib-beçərdiyi hündürlüyü 3 metrə yaxın olan 4 ədəd narkotik tərkibli bitki olan çətənə bitkisindən topladığı məlum olub. Tədbir nəticəsində 4 ədəd çətənə bitkisi ərazidən götürülərək, qrudulmuş marixuana ilə birlikdə maddi sübut kimi istintaqa təhvil verilib. Z.Mamedov əvəllər narkotik bitkilərin qanunsuz kultivasiyasına görə məhkum edilib. Faktla bağlı araşdırma aparılır.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










