Balıq ovu üçün dövlət rüsumları açıqlandı - VİDEO

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tənzimlənir. Avtosfer.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Fəridə Ələkbərova qeyd edib ki, balıq ovlamaq üçün xüsusi biletlər olmadıqda həmin şəxslərə qarşı cərimələr tətbiq ediləcək. Kvota və balıqovlama bileti Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir. Biletdə müxtəlif məsələlər öz əksini tapır. Qeyd edək ki, bu il üçün Xəzər dənizində və daxili su hövzələrində ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












