Bank işçisinin avtomobili qaçırılıb - İmişlidə

İmişli rayonunda bank işçisinin avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.
Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












