Banka borcu olan İran vətəndaşı saxlanılıb - Azərbaycandan qaçarkən

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb. DSX-nın Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aşkar olunub. Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliyyatı nəticəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Məhəmməd olması, bu ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azərbaycana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qurması, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub. Sərhəd pozucusunun üzərində Azərbaycanda yaşamaq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran realı, 58 manat, İrana məxsusu müxtəlif 6 ədəd, Azərbaycana məxsus plastik kart aşkar olunub. Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA





















