Banka saxta dollar satmaq istəyən çinlilərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə hər üç şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib, Qeyd edək ki, həmin şəxslər Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda - 18 min 900 saxta ABŞ dolları dəyişmək istəyərkən tutulublar. Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər. Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












