Bankda MÜƏMMA: Götürmədiyi kreditə görə təqaüdündən pul tutulur - VİDEO

Gədəbəy sakini bankdan götürmədiyi kreditə görə məhkəməyə verilib. Avtosfer.az-ın məlumatına görə, Gədəbəy rayonunun Qaradağ kənd sakini Oruc Əsgərov iddia edir ki, 2014-cü ildən indiyə kimi onun təqaüdündən pul çıxılır. Vətəndaşın sözlərinə görə, kredit götürmək üçün sənədləşdirmə aparıldıqdan sonra, bank əməkdaşları növbənin çox olduğu üçün ona pulu 3 aydan sonra gəlib götürməsini deyiblər. Oruc Əsgərov deyilən vaxtda da 2500 manat məbləğində krediti ala bilməyib. Sonradan məlum olub ki, onun adına krediti başqa bir şəxs götürüb. Həmin adam cəmi 200 manat pul ödəyib. Digər ödənişlər isə Oruc Əsgərovun təqaüdündən çıxılıb və üstəlik məhkəməyə verilib. Oruc Əsgərov bankdan görüntüləri tələb etsə də videonun silindiyi deyilib. Bankdan isə bildirilib ki, müştərinin bu məsələsinə biganə yanaşılması mümkün deyil. Oruc Əsgərov əlindəki sənədlərlə birgə banka yaxınlaşmalıdır. Onun məsələsi araşdırılıb, aydınlıq gətiriləcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












